Misirin "Əl-Əhli" komandası klublararası dünya çempionatının ilk turunda Yeni Zelandiyanın "Ouklend Siti" klubu ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, Mərakeşin Tanjer şəhərində keçirilən görüş Afrika klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Misir klubunun heyətində Hüseyn Əl-Şakat, Mərvan Şerif və Persi Tau fərqləniblər.
İkinci turda “Əl-Əhli” ABŞ-ın “Sietl Saunders” klubu, Mərakeş “Vidad” komandası isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” kollektivi ilə qarşılaşacaq. Oyunlar fevralın 4-də keçiriləcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının qalibi “Real Madrid” və Braziliyanın “Flamenqo” klubları mübarizəyə yarımfinal mərhələsindən qoşulacaqlar.