03 fevral 2023 12:02
289

Azərbaycanda səmt qazının istehsalı artıb

Ötən il Azərbaycanın neft yataqlarından 15 425,16 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,4% çoxdur.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 2021-ci ildə ölkədə 15 065,6 mln. kubmetr səmt qazı hasil edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 4 231,46 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,48% azdır. Belə ki, 2021-ci ildə bu göstərici 4 477 mln. kubmetrə bərabər olub.