03 fevral 2023 13:02
240

Veratti cəzalandırıldı

PSJ-nin futbolçusu Marko Veratti biri sınaq müddətli olmaqla 3 oyun cəzalandırılıb.

"İki sahil" "L'Equipe"ə istinadən xəbər verir ki, o, Liqa-1-in "Reyms"lə oyununda kobud oyuna görə  birbaşa qırmızı vərəqə aldığından bu cəzaya məruz qalıb.

Artıq bir oyunu buraxan italyalı yarımmüdafiəçi sabah "Tuluza" ilə keçiriləcək matçda da komandasına kömək edə bilməyəcək.