Prezident İlham Əliyev imzalanmış sənədlərə əsasən Azərbaycan-İtaliya əməkdaşlığının strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratinini qəbulu zamanı deyib.
Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir.
Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacib komponenti olan TAP layihəsinin əhəmiyyəti qeyd edilib.
Mehriban Əliyeva Prezident İlham Əliyevin Davosda panel iclasda iştirakı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Prezident “BlackRock”un baş icraçı direktorunu və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb