03 fevral 2023 14:35
509

Monteneqro Baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Monteneqro Baş nazirinin müavini və Kapital İnvestisiyalar naziri Ervin İbrahimoviç Azərbaycana səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə olub.

“İki sahil” xəbər verir ki,  Mərkəzdən bildirilib ki, görüş zamanı Er İbrahimoviç Azərbaycan ilə Monteneqro arasındakı dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.

Mərkəzin Baş Katibi reallaşdırılan beynəlxalq layihələr, Qərbi Balkanların Avrointeqrasiyası üzrə keçirilən beynəlxalq konfranslar haqqında qonağa məlumat verib. O cümlədən, Baş nazir müavininin mart ayında Bakıda keçiriləcək 10-cu Qlobal Bakı Forumunda iştirakı da müzakirə edilib.

Qonağa Mərkəzin nəşri olan “Qələmin sehri – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” kitabı təqdim olunub.

Ervin İbrahimoviç Mərkəzin nəzdində yaradılan və Nizami Gəncəvi irsinə aid nadir nüsxələrini, bir sıra dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini özündə cəmləşdirən kitabxana ilə də tanış olub.