03 fevral 2023 15:06
612

Bloqer Səbinə Kətanova barədə iki maddə ilə cinayət işi başlanıb

Bloqer Səbinə Kətanova idarə etdiyi avtomobillə piyadanı vurub.

“İki sahil” xəbər verir ki, o, paytaxtın Nərimanov rayonu ərazisində idarə etdiyi "Toyota Prado" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Daha sonda ərazidən uzaqlaşıb.

S.Kətanovanın hadisə törətməsi şəhərin müşahidə kameraları vasitəsilə aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.