03 fevral 2023 16:07
286

"Arsenal" Martinelli ilə müqaviləni uzatdı

"Arsenal" hücumçusu Qabriel Martinelli ilə müqaviləni uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı oyunçunun yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.

Qeyd edək ki, 2019-cu ildə Braziliyanın "Flamenqo" klubunda transfer olunan Martinelli bu mövsüm "Arsenal"da 27 oyuna 7 qol vurub, 3 məhsuldar ötürmə edib.