03 fevral 2023 16:58
247

Bakı-Qazax yolunda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Rəşad Axundov, 1974-cü il təvəllüdlü Elşən Əsgərov və 1974-cü il təvəllüdlü Anar Yaqubov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.