03 fevral 2023 17:23
264

PSJ-nin üç əsas futbolçusu növbəti oyunu buraxacaq

Fransanın PSJ klubunun üç əsas futbolçusu Liqa 1-in XXII turunda "Tuluza"ya qarşı keçirəcəkləri oyunda iştirak etməyəcək.

“İki sahil” Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, əzələsində problem olan Neymar fərdi məşqləri davam etdirir.

31 yaşlı hücumçu növbəti həftənin əvvəlində komanda ilə təlimlərə başlayacaq. Səhhətində problem aşkarlanan müdafiəçi Serxio Ramos da hazırlıq prosesinə həmin vaxt qoşula biləcək.

XXI turda "Monpelye" ilə görüşdə zədələnən Kilian Mbappenin isə üç ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, fevralı 4-də oynanılacaq PSJ - "Tuluza" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.