03 fevral 2023 18:02
971

İrəvanın azərbaycanlılara məxsus şəhər olduğunu sübut edən daha bir FAKT

“Rusiyanın İrəvan xanlığını işğal etməsi ilə bağlı buraxılan daha bir tarixi medal bu şəhərin azərbaycanlılara məxsus müsəlman şəhəri olduğunu sübut edir. Şəkildə gördüyünüz medal 1827-ci ildə Təbrizdə, şəhər rusların nəzarətində olarkən buraxılıb. Medal İrəvan şəhərinin alınmasında iştirak edən rus hərbçilərinə təqdim edilmək üçün nəzərdə tutulub.”

“İki sahil” xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Elnur Allahverdiyevin “Facebook” səhifəsindəki paylaşımında qeyd olunub.

Paylaşımda həmçinin qeyd olunur ki, üzərindəki təsvirdən görünür ki, ikibaşlı qartal aslana qalib gəlir: “Məlum olduğu kimi, aslan və qılınc İrəvan xanlığının da bayrağında təsvir olunur. Bu isə növbəti dəfə rusların İrəvanı kimdən aldığının göstəricisidir. Şəhərin işğalı dövründə onun ermənilərlə heç bir bağlılığı olmayıb.”