03 fevral 2023 18:13
231

Azad olunmuş ərazilərə bezoar keçiləri buraxılacaq

İşğaldan azad olunmuş ərazilərə bezoar keçiləri buraxılacaq.

“İki sahil” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Onun sözlərinə görə, bezoar keçiləri Kiçik Qafqazda geniş yayılmış heyvan növü olsa da, hazırda ancaq Naxçıvan ərazisində qalıb: "Yaxın günlərdə bezoar keçilərinin işğaldan azad olunmuş ərazilərdə reintraduksiya nəzərdə tutulub. Bu ərazilər onların tarixi arealı olub".