05 fevral 2023 13:54
614

Bakı-İrəvan münasibətlərinin normallaşmasından sonra Ermənistanla sərhəd açılacaq - Mehmet Muş

Türkiyə hakimiyyəti İrəvan və Bakı arasında münasibətlərin normallaşmasından sonra Ermənistanla sərhədləri açmağa hazırdır.

“İki sahil” xəbər verir ki,  bunu Türkiyənin ticarət naziri Mehmet Muş Qarsa səfər zamanı bildirib.

Nazir deyib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalıdır: “Biz ümid edirik ki, Ermənistan diaspor və xarici dövlətlərin təzyiqindən qurtulacaq və sərhədlərin açılmasını, xalqın rifah səviyyəsinin yüksəlməsini dəstəkləyəcək. Sərhədlərin açılacağı təqdirdə infrastrukturun hazırlığı çox zaman tələb etmir”.