05 fevral 2023 17:40
373

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində paylaşılan başsağlığında qeyd edilib: "Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır".