06 fevral 2023 09:13
387

Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verib

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib.

“Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, - tvitdə qeyd olunub.