Bu gün gecə Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 76-dən çox insan ölüb, 440 nəfər yaralı var.
“İki sahil” xəbər verir ki, Xarici İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Türkiyədəki zəlzələdə ölən və ya yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır.
Xatırladaq ki, Türkiyədəki zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub.
Ciddi dağıntıların olduğu bildirilir.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir