Azərbaycanın Türkiyədəki səfirliyi güclü zəlzələdə zərər çəkmiş Türkiyə Respublikasında yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
“İki sahil” xəbər verir ki, səfirlik aşağıda qeyd olunanları nəzərə almağı Azərbaycan vətəndaşlarına tövsiyə edib:
1. Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;
2. Qarşılaşdıqları çətinliklərlə əlaqədar, yaşadıqları ərazinin səfirlik tərəfindən təyin olunmuş cavabdeh şəxsləri ilə mütəmadi olaraq əlaqə saxlamaq.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir