İran tərəfdən səfirliyimizə hücum edən şəxsin daha əvvəl hansı fəaliyyətlə məşğul olması, hansısa bir təşkilata üzv olması barədə heç bir rəsmi məlumat daxil olmayıb.
“İki sahil” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.
O bildirib ki, bütün sübutlar hadisənin mütəşəkkil formada həyata keçirildiyini göstərir.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir