Geniş ərazilərdə minatəmizləmə işləri görən istənilən ölkənin beynəlxalq dəstək gözləməsi ədalətlidir.
“İki sahil” xəbər verir ki, bu barədə amerikalı turist Kristian Fleyşer deyib.
O, həmçinin, Ağdamın nəhəng dağıntılara baxmayaraq, yenidənqurma potensialına yüksək qiymət verib. "Ağdam münaqişədən əziyyət çəkmiş istənilən yer kimi əvvəlki şanını qaytaracaq", - Kristian Fleyşer əlavə edib. Sonda o, Ağdamın payına düşmüş faciədən əvvəlkindən də yaxşı olacağına əminliyini bildirib.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir