BMT təşkilatın büdcəsinə tam ödəniş etdiyinə görə Azərbaycana təşəkkür edib.
“İki sahil” xəbər verir ki, bunu beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.
"Kanberradakı və Bakıdakı dostlarımıza büdcəyə ödənişləri tamamladıqlarına görə təşəkkür edirik. Beləliklə də onlar fəxri rütbəyə ödəniş edən 27-ci və 28-ci üzv dövlətlər olublar. Onların ikisi də paytaxtlardır. Kanberra Avstraliyanın, Bakı isə Azərbaycanın paytaxtıdır", - BMT sözçüsü vurğulayıb.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir