07 fevral 2023 07:37
682

Azərbaycanın bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.

“İki sahil” xəbər verir ki,  Müdafiə Nazirliyindən bildirilib ki, iyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.