Azərbaycandan Türkiyəyə gedən həkim briqadaları Adana şəhərində zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
"34 nəfərlik həkim heyətini, səhra xəstəxanası ləvazimatlarını və digər tibbi ləvazimatları daşıyan 4-cü və 5-ci təyyarələr bu gün səhər saatlarında qardaş Azərbaycandan Adanaya yola düşüb", - diplomatik nümayəndəlikdən qeyd olunub.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir