"Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) minaları və partlamamış hərbi sursatları aşkar etmək və məhv etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi və yerləşdirilməsində ANAMA-ya dəstək olmağı nəzərdə tutur".
“İki sahil” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.
"Bundan əlavə, biz minaların aşkarlanması üçün xəritələrin işlənib hazırlanması, minatəmizləmə avadanlığının, itlərin və siçovulların alınması, yaxşı təlim keçmiş və təchiz olunmuş gender baxımından inklüziv qrupların yaradılması, mina tədqiqatının aparılması, habelə maarifləndirmə materiallarının hazırlanması və rəqəmsal kanallar vasitəsilə PHS-ə dair məlumatlandırma mesajlarının yayılması sahəsində tədbirlər görəcəyik", - o, qeyd edib.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir