07 fevral 2023 14:20
459

Britaniya minatəmizləmə prosesində Azərbaycana yardım etməkdən qürur duyur

Britaniya minatəmizləmə prosesində Azərbaycana yardım etməkdən qürur duyur.

“İki sahil” xəbər verir ki,  bunu Şuşada “ANAMA-nın imkanlarının artırılmasına dəstək” layihəsinin açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi attaşesi Ebbi Lauren Mothervell deyib.

Onun sözlərinə görə, Britaniya qeyri-hökumət təşkilatları Azərbaycanla, ANAMA-ilə öz təcrübəsini bölüşməyə şaddır: “Təbii ki, bizim qeyri-hökumət təşkilatlarımız da ANAMA-nın təcrübəsini öyrənir. Azərbaycan və Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam edəcək”.