07 fevral 2023 18:35
574

Əfv Komissiyasının iclası olub, 100-dən çox müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə  komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O, bildirib ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb.

Komissiyanın növbəti iclası fevralın 14-ə təyin olunub.

Qeyd edək ki, indiyə qədər keçirilən iclaslarda 600-ə qədər müraciətə baxılıb.