Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə APA-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşının sualına cavabında deyib.
Nazir bir çox dövlətlərin Türkiyəyə yardım təklif etdiyini, xilasedicilər göndərdiyini bildirsə də, ilk köməyə gələn dövlətin Azərbaycan olduğunu diqqətə çatdırıb.
Süleyman Soylu Azərbaycan FHN-in xilasedicilərinin zəlzələ bölgəsində çox əhəmiyyətli yerlərdə axtarış işləri apardığını vurğulayıb.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir