07 fevral 2023 20:10
478

XİN: Türkiyədən Azərbaycan vətəndaşlarını daşıyan 2 avtobus yola düşüb

"Türkiyənin zəlzələ baş verən bölgəsindən azərbaycanlıları təxliyə edən 2 avtobus artıq yola düşüb, təxliyə başlanıb”.

“İki sahil” xəbər verir ki,  bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, hazırda zəlzələ bölgəsində yaşayan azərbaycanlıların siyahısının dəqiqləşdirilməsi davam edir.