08 fevral 2023 16:02
397

Dövlət başçısı: Türkiyə Prezidentinə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və durmadan heyətlər göndərilir

“Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi”.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən bildirib.

“Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir”, - dövlət başçısı qeyd edib.