09 fevral 2023 11:47
474

Azərbaycan səfiri Malatyaya gedir, itkin düşən tələbələrin valideynləri ilə görüşəcək

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Malatyaya gedir, o, itkin düşən azərbaycanlı tələbələrin valideynləri ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə səfir R.Məmmədov bildirib ki, fevralın 6-da Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən sonra Malatyada itkin düşən azərbaycanlı tələbələrin axtarışları davam edir.

Səfir deyib ki, bununla əlaqədar Türkiyənin Malatya şəhərində səfər edəcək və itkin düşən 4 tələbənin Malatyaya gedən valideynləri ilə görüşəcək.

Səfir bildirib ki, dağıdıcı zəlzələnin zərər və itkilərinə məruz qalan Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq üçün, eləcə də təbii fəlakət baş verdiyi ilk gündən qardaş Türkiyəyə dəstək verən Azərbaycanın səlahiyyətli nümayəndəsi olaraq zələzələnin baş verdiyi bölgələrlə sıx əlaqə qurmaq məqsədilə zəlzələnin təsirindən dağıntıya məruz qalan ərazilərə gedəcək.