09 fevral 2023 14:15
366

Ərdoğan: Çətin vəziyyətin öhdəsindən gələcəyik

Türkiyə zəlzələ ilə bağlı yaranmış çətin vəziyyətin öhdəsindən gələcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Türkiyə dövlət başçısı Azərbaycan dövlətinin dəstəyini, o cümlədən Heydər Əliyev Fondunun göndərdiyi humanitar yardımı yüksək qiymətləndirib.