09 fevral 2023 16:28
605

Çavuşoğlu: Ceyhun Bayramovla danışdım, Türkiyəyə gəlmək istəyir

Azərbaycanlı həmkarım Türkiyəyə gəlmək istədiyini bildirib.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışdığını vurğulayıb.

O bildirib ki, Avropadan da bir çox nazir bu istəyini dilə gətirib.

Türkiyə XİN başçısı vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanı ziyarət etmək istəyənlər var: “Pakistan Baş naziri də gəlmək istəyir. Amma Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsini ziyarət etdiyi üçün səfəri vaxtını başqa tarixə keçirdik. Növbəti həftədən gəlmək istəyənlərin səfərlərini koordinasiya edəcəyik”.