“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki, məlumat yoxdur”.
Bunu “İki sahil"ə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələ ki, təsdiqlənməyib.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüş planlaşdırılır.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir