10 fevral 2023 10:22
425

Azərbaycan səfiri qazaxıstanlı nazirlə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bu ölkənin informasiya və ictimai inkişaf naziri Darxan Kıdırəli ilə informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığı müzakirə edib.

“İki sahil” xəbər verir ki, bunu azərbaycanlı diplomat tviterdə yazıb.

“Bu gün qardaş Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırəli ilə səmimi görüş keçirdik. Ölkələrimiz arasında informasiya və kommunikasiya, həmçinin gənclər siyasəti sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsini müzakirə etdik”, - o bildirib.