Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.
“İki sahil” xəbər verir ki, səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığı verib. Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib.
Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir