11 fevral 2023 14:47
539

Ceyhun Bayramov və Çavuşoğlu Kahramanmaraşda FHN-in mobil səhra hospitalında olublar

Kahramanmaraşda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında olublar.

“İki sahil” xəbər verir ki,  fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev səhra hospitalında yaradılan şərait barədə hər iki nazirə məlumat verib.