“Azərbaycanın dörd bir yanından Türkiyəyə yardım toplanır”.
“İki sahil” xəbər verir ki, bunu Kahramanmaraşda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə birlikdə FHN-in mobil səhra hospitalında olarkən deyib.
Nazir Azərbaycanın Türkiyənin zəlzələdən zərərçəkən bölgələrinin bərpasında iştirak edib-etməyəcəyi məsələsinə aydınlıq gətirib: “Biz bu barədə də danışmışıq. Zəlzələdən irəli gələn hər məqamın özünün prioritetləri var. Hazırda insanları xilas etmək, yaralılara kömək etmək əsasdır. Növbəti mərhələ təbii ki, bu bölgələrin hamısının yenidən ayağa qaldırılmasıdır. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq zaman mesajı da verib ki, 1 il ərzində bunu edəcəklər. Azərbaycan dövləti olaraq, cənab Prezident İlham Əliyev artıq bəyan edib ki, biz Türkiyənin yanındayıq”.
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir
Elçin Əmirbəyov Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib - FOTO
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub