16 fevral 2023 10:44
399

XİN: Türkiyədə zəlzələdə ölən daha bir nəfərin nəşi bu gün Bakıya gətiriləcək

Türkiyədə zəlzələ nəticəsində həlak olan Lida Qocayevanın nəşi bu gün saat 12:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcək.

Bu barədə "İki sahil"ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Təyyarənin saat 16:20-də Bakıya eniş edəcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 16-sı gecə saatlarında Malatyada həlak olan tələbələrimizin də nəşi Azərbaycana gətirilib.