16 fevral 2023 11:50
545

Azərbaycan “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın Protokolunu təsdiqləyəcək

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunu təsdiqləyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin İnsan hüquqları komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.