“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə yeni təyinat olub.
“İki sahil” xəbər verir ki, Mərkəzin Müşahidə Şurasının qərarı ilə Aygün Bəşirova qurumun icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Aygün Bəşirova 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini “Dövlət hüququ” ixtisaslaşması üzrə bitirib.
Aygün Bəşirova əmək fəaliyyətinə 2007-ci ildə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində başlayıb, 2017-ci ildən həmin baş idarənin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda o, Ədliyyə Nazirliyi Apellyasiya Şurasının üzvü olub. 2019-cu ildən hal-hazıradək Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin eksperti qismində fəaliyyət göstərib.
2018-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.