17 fevral 2023 11:42
537

Spiker: Avropadan Ermənistanın Azərbaycanla sərhədinə missiyanın gətirilməsi normallaşma prosesinə maneə yarada bilər

“Avropadan Ermənistanın Azərbaycanla sərhədinə müşahidə missiyasının gətirilməsi normallaşma prosesinə maneə yarada bilər”.

“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında spiker Sahibə Qafarova bildirib.

Sahibə Qafarova deyib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistanla sərhəddə yerləşməsi ilə bağlı mövqeyini Rusiyada keçirilən görüşlərdə də bəyan edib.