17 fevral 2023 12:29
400

Azərbaycan və Serbiya qarşılıqlı olaraq dənizçilərin diplomlarını tanıyacaq

Azərbaycan və Serbiya qarşılıqlı olaraq dənizçilərin diplomlarını tanıyacaq.

“İki sahil” xəbər verir ki, bu, Mili Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.