18 fevral 2023 20:27
629

İlham Əliyev: Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişib

“Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Amma bunun Azərbaycana birbaşa təsiri olmayıb”.

“İki sahil” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda deyib.

“Deyərdim ki, vəziyyətin bizə birbaşa təsiri olmayıb. Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Biz yəqin ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrlərə qayıtmayacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.