18 fevral 2023 20:40
976

Prezident: Vardanyan qovulduqdan sonra erməni icmasının nümayəndələri ilə praktiki əməkdaşlığa başlamağa hazırıq

Biz yalnız Vardanyan Azərbaycan ərazisindən qovulduqdan sonra erməni icmasının nümayəndələri ilə praktiki əməkdaşlığa başlamağa hazırıq.

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı zamanı deyib.