19 fevral 2023 04:22
1143

Dövlət Departamenti: Blinken Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm irəliləyiş olduğunu qeyd edib

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması yolunda mühüm irəliləyiş əldə etdiyini qeyd edib.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

Onun sözlərinə görə, fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə A.Blinken son bir neçə ayda hər iki tərəfin sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etdiyini və Aİ prezidenti Şarl Mişelin tərəfləri Brüsseldə qəbul etmək təklifini vurğulayıb.

N.Prays qeyd edib ki, ABŞ dövlət katibi tərəfləri regionda nəqliyyat marşrutlarının açılması üzərində işləməyə çağırıb.