21 fevral 2023 11:11
442

“Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

“İki sahil” xəbər verir ki, qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

Yeni qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” 1998-ci il 3 aprel tarixli qanun ləğv edilir.