22 fevral 2023 15:53
379

Nazir: Britaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Britaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın dövlət naziri Leo Dokerti Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşündə bildirib.

O, Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb.

Nazir, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının vacib olduğunu, bu istiqamətdə Birləşmiş Krallığın dəstək göstərməyə hazır olduğunu bildirib.