22 fevral 2023 18:15
390

Lavrov Azərbaycana səfəri zamanı üçtərəfli razılaşmaların icrasına xüsusi diqqət ayıracaq

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri zamanı üçtərəfli razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət ayıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları nəzərdə tutulub. Onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi də planlaşdırılıb. Səfərinin ikinci günündə Lavrovun Bakıda keçiriləcək Azərbaycan-Rusiya Ekspert Şurasının plenar İclasında iştirak edəcəyi də bildirilib.