23 fevral 2023 10:19
363

ABŞ Azərbaycan-Ermənistan danışıqlarının müsbət dinamikasına ümid edir

ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunan danışıqların müsbət dinamikasına ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays brifinqində deyib.

Onun sözlərinə görə, bugünkü nəticələr tərəflərin son aylardakı münasibətlərinin bəhrəsidir.

"Bütün bunlar ABŞ-la ikitərəfli münasibətlərin, tərəflərin ABŞ-la üçtərəfli əlaqələrinin, Avropa İttifaqı (Aİ) tərəfindən aparılan diplomatiyanın və tərəflərin yaxın günlərdə Brüsseldə Aİ Şurası prezidenti Şarl Mişel tərəfindən təşkil olunacaq danışıqlardan gözləntilərinin nəticəsidir", - Prays deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 18-də Münxen təhlükəsizlik konfransı çərçivəsində görüş keçirmişdilər.