Məhkəmə prosesi zamanı işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların aşkarlanması haqda bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan təkzib edə bilmədi.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.
Nazir müavini qeyd edib ki, həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi.
“Bu da onu göstərdi ki, son 2 ildə Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini pozur”, - Elnur Məmmədov qeyd edib.