23 fevral 2023 12:37
497

Azərbaycan diasporunun nümayəndələri Sloveniyada Xocalı memorialını ziyarət edib- FOTO

Azərbaycan-Sloveniya Dostluq Assosiasiyasının nümayəndələri Sloveniyanın Maribor şəhərindəki Dobraba Memorial Parkında Xocalı memorialını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviterdə yazıb.

Onun sözlərinə görə, Xocalı memorialına əklil qoyulub.