24 fevral 2023 11:32
355

Prezident: Azərbaycanla Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

“Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir”.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin estoniyalı həmkarı Alar Karisə Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikdə deyilir.

“İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir”, - Azərbaycan dövlət başçısı qeyd edib.